• 14 Fevral 2025
logo
Neftçala rayonunun qeyri-çimərlik ərazisində 1 nəfər dənizdə batıb

Neftçala rayonunun qeyri-çimərlik ərazisində 1 nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.