Rusiyanın tanınmış aktyoru, rejissoru, ssenaristi və prodüseri Vladimir Menşov vəfat edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Mosfilm”dən bildirilib.
“Mosfilm”dən verilən açıqlamada qeyd olunur ki, V. Menşov 82 yaşında koronavirusdan dünyasını dəyişib.
V. Menşov 17 sentyabr 1939-cu ildə Bakıda anadan olub.