• 1 İyun 2023
logo
Tovuzda minik maşını ağaca çırpılıb, sürücü ölüb

Tovuzda minik maşını ağaca çırpılıb, sürücü ölüb

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynov Vəli Əsgər oğlu idarə etdiyi "VAZ 2107 "markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Sürücü 27 yaşlı V.Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.