• 9 Fevral 2023
logo
Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun məhkəməsi başlayıb

Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun məhkəməsi başlayıb

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Azad Məcidov sədrlik edir.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi, məhkəmə baxışın təyin olunacağı gözlənilir.