• 29 Yanvar 2023
logo
Erməni terrorçularından ibarət 13 nəfərlik qrupun məhkəməsinin baxış iclası təyin olunub

Erməni terrorçularından ibarət 13 nəfərlik qrupun məhkəməsinin baxış iclası təyin olunub

Bu gün Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra onlara hüquqları izah edilib. Hakim elan edilib ki, təqsirləndirilən şəxslər dövlət hesabına vəkillərlə təmin olunublar.

Cinayət işi üzrə məhkəmə baxışı iyulun 1-nə təyin edilib.

Məhkəmə baxışı Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında olacaq.