• 6 Fevral 2023
logo
Füzulidə avtomobil aşıb, sürücü ölüb

Füzulidə avtomobil aşıb, sürücü ölüb

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Kərimbəyli kəndi ərazisində Əhmədalılar kənd sakini Razi Behbudov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.