• 5 Fevral 2023
logo
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı artıb

Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı artıb

Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 43 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, regionun daxili siyasət, məlumat və kommunikasiya nazirliyi onlardan altısının xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
“43 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 6-sına stasionar müalicə göstərilir”, - məlumatda belə deyilir.

Qeyd edək ki, iyunun 17-dən bəri Krım üzərindən əsən cərəyanlar güclü yağışlara və şimal-qərb küləyinin güclənməsinə səbəb olub. Regional miqyasda fövqəladə vəziyyət elan edilib. Kerç və yarımadanın şərqindəki qonşu rayonlar su altında qalıb. Krımın cənub sahillərində təbii fəlakətin əsas zərbəsi 135 mm-dən çox yağıntının düşdüyü Yaltaya dəyib. Daşqın nəticəsində bir nəfər ölüb, daha iki nəfər itkin düşüb.

Təbii fəlakət nəticəsində yüzlərlə evə ziyan dəyib, Yaltadakı 13 otel su altında qalıb, onlardan ikisində turistlər təxliyə olunub. Çimərliklərin infrastrukturu zədələnib. Hazırda ərazi təmizlənir, kommunal resursların təchizatı bərpa olunur.