• 29 Mart 2024
logo
Rusiyada son sutkada koronavirusa 17 262 yoluxma qeydə alınıb, 453 nəfər ölüb

Rusiyada son sutkada koronavirusa 17 262 yoluxma qeydə alınıb, 453 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 17 262 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 281 309 nəfərə çatıb.
Son sutka ərzində 453 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 128 445 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.