• 23 Aprel 2024
logo
Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanıldı - FHN

Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanıldı - FHN

Kəlbəcərdə göldə batan şəxsin axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 40 yaşlı Fərzəliyev İlham Allahverdi oğlu batıb. Bu barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub.

Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, İlham Fərzəliyev Müdafiə Nazirliyinin əməkdaşıdır. Dünən onun Alagöldə batıması barədə nazirliyin məlumatını vermişdik.