• 28 Mart 2024
logo
Azərbaycanda yaşayan İran vətəndaşları prezident seçkilərində səs verir (FOTO)

Azərbaycanda yaşayan İran vətəndaşları prezident seçkilərində səs verir (FOTO)

Azərbaycanda yaşayan İran vətəndaşları üçün İranda keçirilən 13-cü prezident seçkilərində iştirak etmək üçün səsvermə məntəqəsi yaradılıb.

Trend-in məlumatına görə, səsvermə məntəqələri Bakıda İran səfirliyinin Təhsil kompleksinin binasında və Naxçıvanda təşkil olunub.

Azərbaycanda İran prezident seçkiləri üzrə səsvermə səhər saat 8-də başlayıb və 17:00-dək davam edəcək. Lazım gələrsə, seçkinin müddəti uzadıla bilər.

13-cü çağırış İran prezident seçkilərində Bakıda İran vətəndaşları üçün 2 min seçki bülleteni nəzərdə tutulub.