• 6 Fevral 2023
logo
Gürcüstanda COVID-19-a yoluxanların sayı 356 mini keçib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 356 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 811 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 356 179, ölənlərin sayı isə 5 096 nəfərə çatıb. Virusa yoluxanlardan 341 775 nəfərin sağaldığı bildirilir.