• 1 Fevral 2023
logo
ABŞ-da kimyəvi zavodda yanğın baş verib

ABŞ-da kimyəvi zavodda yanğın baş verib

ABŞ-ın Rokton şəhərində (İllinoys ştatl) yerləşən "Chemtool kimyəvi zavodunu alovlar bürüdü, bu da insanların təxliyyə edilməsini məcbur edib.

Trend-in məlumatına görə, bu barədə NBC News xəbər verib.

Yanğın yerli vaxtla səhər saat 7:30 radələrində başlayıb. Zavod rəhbərliyi işçilərinin hamısının təhlükəsiz yerdə olduğunu bildirib.

Yanğinsöndürənlər yanğını lokallaşdırıb, ancaq zavod yanmağa davam edir.

Yanğının səbəbi hələki məlum deyil.