• 6 İyul 2025
logo
Samur-Abşeron kanalında meyiti tapılan şəxsin kimliyi müəyyən olunub

Samur-Abşeron kanalında meyiti tapılan şəxsin kimliyi müəyyən olunub

Gecə saatlarında Samur-Abşeron kanalının Şabran rayonu ərazisindən keçən hissəsində meyiti tapılan kişinin kimliyi məlum olub.

Meyiti tapılan şəxsin bir neçə gün əvvəl itkin düşən, 54 yaşlı Quba rayon sakini, Fətiyev Əlişan Tağı oğlu olduğu bildirilir. Onun hansı şəraitdə kanala düşməsi məlum deyil.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir.