• 31 Yanvar 2023
logo
İranda ötən sutkada koronavirusdan 119 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 119 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 119 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 82 217 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10 715 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 039 432 nəfərə çatıb.