• 28 Yanvar 2023
logo
Bərdə və Tərtərdə 7 tondan artıq çətənə kolu məhv edilib

Bərdə və Tərtərdə 7 tondan artıq çətənə kolu məhv edilib

Bərdə və Tərtərdə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlər zamanı Bərdə rayonun Lənbəran kəndi ərazisində çəkisi 5 ton 150 kiloqram olan 25000 ədəd, Tərtər rayonunun Xoruzlu kəndində isə çəkisi 2 ton 100 kiloqram olan 4230 ədəd yabanı halda bitmiş çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.