• 29 Yanvar 2023
logo
Malidə partlayış nəticəsində 8 sülhməramlı yaralanıb

Malidə partlayış nəticəsində 8 sülhməramlı yaralanıb

Malinin mərkəzi hissəsində yerləşən Mopti regionunda güclü partlayış törədilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT-dəki mənbələr və Mali ordusundan məlumat verilib.

Bildirilir ki, sülhməramlıların nəqliyyat vasitəsi Duents şəhəri yaxınlığında minaya düşüb. Partlayış nəticəsində ən azı səkkiz sülhməramlı yaralanıb, onlardan beşinin vəziyyəti ağır qiymətləndirilir.