• 4 Oktyabr 2024
logo
Xaçmazda vətənpərvərlik mövzusunda intellektual turnir keçirilib

Xaçmazda vətənpərvərlik mövzusunda intellektual turnir keçirilib

Xaçmaz rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə yeniyetmə və gənclərdən ibarət 10 komandanın iştirakı ilə yarış keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” itellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmdov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.

Tədbirdə çıxış edən Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Xaçmaz rayon Təhsil Şöbəsinin əməkdaşı İmran Müseyibov tədbirin Xaçmazda keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.
Rəsmi hissədən sonra keçirilən yarışmada “Altel-Ego” komandası qalib adını qazanıb. “İstiqlal” biliciləri ikinci, “Qələbə” adını daşıyan komanda isə üçüncü olub.
Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliər.
v