• 29 Yanvar 2023
logo
Qəbələdə yabanı halda bitən 4 ton narkotik bitkisi məhv edilib

Qəbələdə yabanı halda bitən 4 ton narkotik bitkisi məhv edilib

Qəbələdə yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş çəkisi 4 tona yaxın olan 7225 ədəd çətənə kolu aşkar edilib.
Aparılan tədbirlərlə toplanan narkotik bitkisi məhv edilib.