• 12 Noyabr 2019
logo
add image
Nazirlik balıq ovu qaydalarına riayət edilməməsindən narazılığını bildirdi

Nazirlik balıq ovu qaydalarına riayət edilməməsindən narazılığını bildirdi

Bu gün ölkədə balıqçılığın tənzimlənməsi, balıq ovu qaydalarına riayət edilməsi, balıqçılığın sivil yollarla aparılmasının təmin olunması ən aktual məsələlərdən biridir.
Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən silsilə tədbirlər həyata keçirilir: "Əgər biz qısa tarixi təhlil etsək görərik ki, son bir-iki il ərzində ilk növbədə akvakulturanın, nohur balıqçılığının inkişafı sahəsində çox böyük addımlar atılıb. Uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır. Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir və yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək. Adi bu fakt o deməkdir ki, bu təsərrüfatda işləyən insanlar təminat alacaq, minlərlə insanın qanuni və uzun müddətli işlə təmin olunması həyata keçiriləcək və bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq'.