• 28 Yanvar 2023
logo
Koronavirusa yoluxdu, İNTİHAR ETDİ

Koronavirusa yoluxdu, İNTİHAR ETDİ

İyun 3-də koronavirus diaqnozu qoyulmuş xərçəng xəstəsi özünü Dnepdəki xəstəxananın pəncərəsindən atıb.

BiG.AZ Lent.az-a istinadla bildirir ki, faciə 6 saylı şəhər klinik xəstəxanasında baş verib.

Qadın orada xərəçəngdən və COVID-19-dan müalicə olunurdu. 51 yaşlı qadını sonuncu dəfə iyunun 2-də yerli vaxtla saat 22:00-da sağ görüblər. Bu gün səhər saatlarında isə tibb bacısı xəstəni yataqda tapmayıb.

"Bundan sonra onu şöbədə axtarmağa gedib, amma tapmayıb. Palataya qayıdıb pəncərədən baxanda 2-ci və 3-cü mərtəbələr arasında damda həyat əlamətləri olmayan bir xəstə tapıb", - xəbərdə bildirilir.

Tibb bacısı dərhal intihar edən qadının oğluna xəbər verib.