• 29 Yanvar 2023
logo
Ağsuda 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb

Ağsuda 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb

İlkin məlumata əsasən, Ağsu rayonunun Musabəyli kəndində təqribən 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 17:55-də tam söndürülüb.

Yaxınlıqdakı geniş taxıl sahələri yanğından mühafizə olunub.