• 27 İyul 2024
logo
Mənzildən 31 yaşlı qadın meyiti tapılıb

Mənzildən 31 yaşlı qadın meyiti tapılıb

Bakıda evdən gənc qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Daxil olmuş məlumat əsasında rayon ərazisində mənzillərdən birində bağlı qapı arxasında bir nəfərin qaldığı məlum olub.

FHN əməkdaşları evə daxil olaraq mənzilə baxış keçirib. Baxış zamanı 1990-cı il təvəllüdlü qadının meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.