Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində keçirilən yarışda yeniyetmə və gənclərdən ibarət 8 komanda tərkibində 48 nəfər mübarizə aparıb.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” itellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmdov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək olmaqdır.
Tədbirdə çıxış edən Xızı rayon Təhsil Şöbəsinin əməkdaşı, YAP Xızı rayon Gənclər Birliyinin sədri İman Ağayev tədbirini Xızıda keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kmii əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.
Rəsmi hissədən sonra keçiriıən yarışmada “Miracle” komandası qalib adını qazanıb. “Qartal” biliciləri ikinci, “Müşfiq” adını daşıyan komanda isə üçüncü olub.
Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə təltif olunublar. Eyni zamanda ilk 3 yer tutan komandalar layihənini tərfdaşı Ekspress Təhsil Mərkəzinin müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponlarını əldə ediblər.