Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 25-də təşkil olunmuş növbəti hərracda iki dövlət əmlakı özəlləşdirilib.
Nazirlikdən verilən məlumata görə, bunlardan biri Şəmkir rayonunda yerləşən Şəmkir Balıq Zavodu, digəri isə Neftçala şəhərində yerləşən inzibati idarə binasıdır.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.