• 7 Dekabr 2021
logo
Gecə işləyən çayxana aşkarlanıb

Gecə işləyən çayxana aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.