Palata: Koronavirusun yayılmasının qarşının alınması üçün ayrılmış vəsaitdən tam istifadə edilməyib
Hesablama Palatası "COVİD-19" infeksiyasının yayılmasının qarşının alınması məqsədilə səhiyyə sahəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış vəsaitin tam istifadə edilmədiyi, həmçinin həmin vəsaitlərin istifadəsi zamanı təsdiq edilmiş qaydalara riayət edilməməsinin nəticəliliyə təsir göstərdiyi qənaətindədir.
APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Rəydə qeyd olunub ki, aparılmış analitik prosedurlarla əldə edilmiş nəticələrə əsaslanmaqla yeni növ koronavirus ("COVID-19") infeksiyası ilə mübarizə məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2020-ci ildə ayrılmış 596,5 mln. manat məbləğində vəsaitin 556,8 mln. manatı və ya 93,3%-i icra edilib, 39,7 mln. manatı və ya 6,7%-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bank hesabında qalıb. İcra edilmiş vəsaitin əsas hissəsi, başqa sözlə 291,6 mln. manatı və ya 52,4%-i dərman, sarğı ləvazimatlarının və materiallarının, vaksinlərin, tibbi maşın və avadanlıqların və digər tibbi vasitələrin alınmasına, 169,5 mln. manatı və ya 30,4%-i koronovirusla mübarizə tədbirlərinə cəlb edilmiş dövlət və özəl tibb müəssisələrinin işcilərinin əmək haqlarına əlavənin, həmcinin könüllü işə cəlb olunmuş şəxslərə xidmət haqlarının ödənilməsinə, 62,5 mln.manatı və ya 11,2%-i qeyri-dövlət tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsinə, 10,9 mln. manatı və ya 2,0%-i karantin müəssisələrində otel xidmətlərinin göstərilməsinə, 8,4 mln. manatı və ya 1,5%-i ərzaq məhsullarının alınması və digər istehlakyönlü xidmətlərin haqqının ödənilməsinə yönəldilib.
Digər xəbərlər
18 Sentyabr 2025 12:20
175
18 Sentyabr 2025 11:54
189
18 Sentyabr 2025 11:53
182
15 Sentyabr 2025 11:22
868
15 Sentyabr 2025 10:39
868
13 Sentyabr 2025 12:20
1 421
10 Sentyabr 2025 14:31
1 813
10 Sentyabr 2025 12:13
1 722
8 Sentyabr 2025 12:07
1 995
4 Sentyabr 2025 14:57
3 045
4 Sentyabr 2025 11:04
2 625
3 Sentyabr 2025 12:00
2 723