• 15 Sentyabr 2024
logo
Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına ötən il 10,2 milyon manat ödənilib

Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına ötən il 10,2 milyon manat ödənilib

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan xərclənən vəsait məlum olub.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə əsasən, bu məqsədlə 10,2 milyon manat vəsait sərf olunub.