• 7 Dekabr 2021
logo
Abşeronda çoxmərtəbəli yaşayış binasında partlayış olub, 14 nəfər təxliyə edilib

Abşeronda çoxmərtəbəli yaşayış binasında partlayış olub, 14 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata əsasən, hadisə binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı xilasedicilər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə tam söndürülüb.