• 4 Oktyabr 2022
logo
Qaxda 4000 ədəd çətənə kolu yandırılıb

Qaxda 4000 ədəd çətənə kolu yandırılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Marsan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 4000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.