• 2 İyul 2025
logo
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşən Tovuz rayon sakini Nağıyev Pərviz Güloğlan oğlunun meyiti aşkar olunub.
Tovuz Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhidin nəşi bu gün rayona gətiriləlrək dəfn ediləcək.