• 3 Oktyabr 2022
logo
Ən möhkəm cütlüklərdən biri AYRILA BİLƏR - FOTOLAR

Ən möhkəm cütlüklərdən biri AYRILA BİLƏR - FOTOLAR

Hollivud ulduzları arasında ən uzunömürlü ailələrdən biri sayılan Ketrin Zeta-Cons və Maykl Duqlas cütlüyü ayrıla bilər.

BiG.AZ vesti.ru-ya istinadən xəbər verir ki, adı bu barədə onlara yaxın mənbədən bildirilib.

Məlumata görə, karantin dövründə işsizlik və "ev dustaqlığı" cütlük arasında soyuqlğun yaranmasına səbəb olub.

Ehtimal olunur ki, bu gərginliyin digər səbəbi Duqlasın qısqanclığıdır.

Aktyor hesab edir ki, onun xanımı birlikdə çəkildiyi yeni filmdə Maykl Şinlə eşqbazlıq edib.

Qeyd edək ki, ki, məşhur Ketrin Zeta-Cons və Maykl Duqlas cütlüyü 1998-ci ildə tanış olub və iki il sonra ailə qurublar. Bu evlilikdən Keris adlı qız və Dilan adlı oğlan uşağı dünyaya gəlib. Qızın 17, oğlanın isə 20 yaşı var.

Ən möhkəm cütlüklərdən biri AYRILA BİLƏR - FOTOLAR51 yaşlı Ketrin Zeta-Cons və 76 yaşlı Maykl Duqlas, aralarındakı 25 yaş fərqə baxmayaraq, artıq 20 il birlikdədirlər və sevginin ömrünün üç il yox, uzun illərlə davam etdiyini sübut edirlər.