• 28 Sentyabr 2022
logo
Goranboyda 18 yaşlı oğlanı it dişləyib

Goranboyda 18 yaşlı oğlanı it dişləyib

Goranboyda 18 yaşlı gənc itin hücumuna məruz qalıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Kəhrizli kəndində baş verib. 2003-cü il təvəllüdlü kənd sakini Əlixanov Rəvan Eldəniz oğlu sahibsiz itin hücumuna məruz qalıb. Ayağından xəsarət alan R. Əlixanov xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.