• 29 Sentyabr 2022
logo
Masallıda süd məhsulları istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Masallıda süd məhsulları istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Masallı rayonu, Çaxırlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Bağırov Rüfət Ramiz oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Antisanitar vəziyyətdə heç bir normativ sənədin tələblərinə cavab verməyən müəssisədə istehlak üçün yararsız 400 litr süd, 30 kq qaymaq, 20 kq pendir məhsulu qanunvericiliyə uyğun olaraq məhv edilib.