• 8 Dekabr 2021
logo
Xalq rəssamı Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Xalq rəssamı Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.

Bunu açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.
O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.