• 7 Dekabr 2021
logo
TN: Son 2 ildə buraxılış imtahanı nəticələri yaxşılaşan məktəblərin sayı 4 dəfə artıb

TN: Son 2 ildə buraxılış imtahanı nəticələri yaxşılaşan məktəblərin sayı 4 dəfə artıb

Məktəbəqədər təhsilin (5 yaşlılar) əhatə dairəsi 2015-2016-cı illərdəki 24 faizdən artaraq 80 faizə çatıb.

APA xəbər verir ki, bu barədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetin həyata keçirilməsi məqsədilə yaradılmış "Təhsil" üzrə alt İşçi Qrupunun iclasında bildirilib. Qeyd olunub ki, Azərbaycan bütün beynəlxalq qiymətləndirmələr üzrə öz göstəricilərini yaxşılaşdırıb:"Ən böyük irəliləyiş 2011-ci ildən etibarən 52 bal irəliləyərək 2019-cu ildə 515 xala çatdığımız TIMSS riyaziyyat nəticələrində (4-cü siniflər) qeydə alınıb. Bundan başqa, buraxılış imtahanı (9-cu sinif) nəticələri yaxşılaşan məktəblərin sayı son iki ildə 4 dəfə artıb. 150 min müəllimin diaqnostik qiymətləndirmə əsasında aylıq əməkhaqqı 2 dəfə artırılıb. Ali məktəbə qəbul olunmuş (bakalavr və magistr) tələbələrin sayı 2020-2021-ci illərdə 52 minə çatdırılıb. 2017-2018-ci ildə bu rəqəm 37 min təşkil edib".