• 1 Oktyabr 2022
logo
Ruhani İrana qarşı tətbiq edilmiş əsas sanksiyaların ləğv olunacağını bildirib

Ruhani İrana qarşı tətbiq edilmiş əsas sanksiyaların ləğv olunacağını bildirib

“Bütün əsas sanksiyalar ləğv olunacaq, bununla bağlı razılıq əldə olunub”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani Neft Nazirliyinin layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
H. Ruhani bildirib ki, neft, neft-kimya, gəmiçilik, sığorta, bank və digər sahələrdə əsas sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edilib və bu məsələ bitib.

“Hazırda çox kiçik və cüzi məsələlər barədə danışıqlar qalıb”, - deyə İran Prezidenti vurğulayıb.