• 10 İyul 2025
logo
Quba sakinindən odlu silah götürülüb

Quba sakinindən odlu silah götürülüb

Quba sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə,Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Küsnət kəndində yaşayan Q.Balabəyovun evinin zirzəmisindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.