• 2 Oktyabr 2022
logo
Hər il ölkədə 100 min nəfərin 80-i yol qəzalarında ölür - Səhiyyə Nazirliyi

Hər il ölkədə 100 min nəfərin 80-i yol qəzalarında ölür - Səhiyyə Nazirliyi

Azərbaycanda hər il yol qəzalarında ölüm hadisəsi 100 min nəfərə 80 nəfər təşkil edir.

Bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov deyib.

O bildirib ki, Azərbaycanda bu hadisələrdən ölüm sıfıra bərabər olmalıdır:

"Düşünürəm ki, yol hərəkət qanunları, sürət həddi ölkəmizdə çox yaxşı tənzimlənib. Bizdə yol qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır. Təəssüf ki, 2018-ci ildə ölkəmizdə yol qəzalarından ölüm hər 100 min nəfərə 79, 2019-cu ildə isə 83 olub".