• 6 Oktyabr 2022
logo
Sumqayıtda mənzildən 15 min manatlıq oğurluq olub

Sumqayıtda mənzildən 15 min manatlıq oğurluq olub

Sumqayıtda mənzildən 15 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,Sumqayıt Şəhər Polis İdarəsinin1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də şəhər ərazisindəki evlərin birindən 6000 manat pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Cabbarov və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbrahimov saxlanılıb.