• 26 Sentyabr 2022
logo
Vətən müharibəsinin şəhidi Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olunub

Vətən müharibəsinin şəhidi Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olunub

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimov dəfn olunub.

Şəhid hərbçi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Salyan rayon İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid hərbçi ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində dünən vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Bakıya gətirilib.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Respublika Hərbi Prokurorluğunun dünən yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.