• 9 Sentyabr 2024
logo
Bu ay Kliniki Tibbi Mərkəzə ilan sancması ilə 9 nəfər müraciət edib

Bu ay Kliniki Tibbi Mərkəzə ilan sancması ilə 9 nəfər müraciət edib

“İlan sancması ilə bağlı aprel ayında 1 nəfər, mayda isə 9 nəfər Klini Tibbi Mərkəzə müraciət edib”.

Bu barədə APA- ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, müraciət edənlərdənn 3-ü uşaq olub:“Uşaqlar gələndə vəziyyətləri ağır idi. Hazırda vəziyyətləri hələ də orta-ağır olaraq qalır. İlan sancmasından ölüm halı olmayıb. Müraciət edənlərin hamısı kişilər olub. Əqrəb sancması ilə bağlı isə 2 nəfər müraciət edib. Onlara məsləhət verilib”.