• 3 İyul 2025
logo
FHN: Ötən sutka ərzində 54 yanğına çıxış olub, 4 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka ərzində 54 yanğına çıxış olub, 4 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. APA-nın FHN-ə istinadən məlumatına görə,"112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən Abşeron rayonunun Novxanı kəndi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi sayəsində xilas olunub.