• 27 Sentyabr 2022
logo
Zaqatalada xeyli miqdarda narkotik bitki məhv edilib

Zaqatalada xeyli miqdarda narkotik bitki məhv edilib

Dövlət Sərhəd Xidməti və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.