• 3 Dekabr 2021
logo
Atçılıq Mərkəzindən 4 min dollarlıq oğurluq

Atçılıq Mərkəzindən 4 min dollarlıq oğurluq

Binə Atçılıq Mərkəzindən dəyəri 4 000 ABŞ dolları məbləğində iki ədəd yəhər və yüyən oğurlanıb.

BiG.AZ "report"a istinadən xəbər verir ki, bundan başqa 8 kisə arpa yemi və eyni sayda ot tayı aparılıb. Hadisə gecə saatlarında baş verib.

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araba izləri ilə müəyyənləşdirilib ki, oğurluğu qonşuluqda yaşayan şəxs edib. O, şübhəli şəxs qismində dindirilmək üçün Xəzər rayon Polis İdarəsinin 2 saylı Polis Bölməsinə aparılıb. Araşdırmalar davam etdirilir.