• 3 Oktyabr 2022
logo
Azərbaycanda daha dörd dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycanda daha dörd dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 50 dövlət əmlakı özəlləşdirilib.

Nazirlikdən verilən məlumata görə, bunlardan 3-ü səhmdar cəmiyyətinin səhmləri, 1-i kiçik dövlət müəssisəsidir.
Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Xidməti rəsmi səhifəsindən tanış olmaq olar.

Qeyd edək ki, cari ilin ilk 4 ayında ümumilikdə 20 hərrac təşkil edilib. Hərraclarda 5 səhmdar cəmiyyəti və 17 kiçik dövlət müəssisəsi özəlləşdirilib.