• 4 Oktyabr 2022
logo
"Telegram"ın işində qüsurlar yaranıb

"Telegram"ın işində qüsurlar yaranıb

"Telegram" messencerinin işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, müvafiq şikayətlər əsasən Rusiya, Ukrayna və Belarusdan daxil olub.

Qeyd olunur ki, şikayətlərin 71 faizi messencerə qoşulmaqla, 28 faizi isə mesajların göndərilməsi ilə bağlı qeydə alınıb.

"Telegram" rəhbərliyi qüsurlar barədə hər hansı bir açıqlama verməyib.