• 30 Noyabr 2021
logo
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Daxili İşlər Nazirliyi mayın 16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 16 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.