• 29 Noyabr 2021
logo
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub

18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub

May ayının 10-dan bu günə kimi 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına 300-ə yaxın şəxs qoşulub.

Bu barədə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. Onun sözlərinə görə, ümumilikdə 6 500-ə yaxın peyvndləmə prosesi aparılıb: "Məlum olduğu kimi, yanvar ayının 18-dən ölkədə vaksinasiya prosesinə start verilib. Poliklinikada bu günə kimi 6 500-ə yaxın doza vaksin vurulub. Bu şəxslərdən 2000-i ikinci dozanı da alıblar".

Ş.Quiyev qeyd edib ki, peyvəndləmə zamanı əks təsir qeydə alınmayıb.