• 29 Sentyabr 2022
logo
Qəzada yaralanan Şəki sakini xəstəxanada ölüb

Qəzada yaralanan Şəki sakini xəstəxanada ölüb

Mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ. Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E. Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,nəticədə “VAZ-2107”də sərnişin qismində əyləşən F. Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.