• 28 Mart 2024
logo
Bakı-Qazax magistralında avtomobil aşıb, bir ailənin 5 üzvü xəsarət alıb

Bakı-Qazax magistralında avtomobil aşıb, bir ailənin 5 üzvü xəsarət alıb

Bakı-Qazax avtomagistralında 5nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə yolun 271-ci kilometrliyində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “Hunday Sonata” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə bir ailənin beş üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan durumu daha ciddi olan üç nəfər – 1963-cü il təvəllüdlü İmanova Təranə Tofiq qızı, 1951-ci il təvəllüdlü İmanov Səxavət Əliş oğlu və 1983-cü il təvəllüdlü İmanov Elməddin Səxavət oğlu Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.